SON XƏBƏRLƏR

Əraqçı müharibədən danışdı- Hazırıq

2026.01.12, 13:33
Əraqçı müharibədən danışdı- Hazırıq

İran müharibə istəmir, ancaq istənilən müharibəyə də tam hazırıq.

Gunaz.tv

Bunu İranın XİN başçısı Abbas Əraqçı deyib.

O, bu gün Tehranda xarici ölkələrin sədirləri ilə keçirdiyi görüşdə, ölkəsinin danışıqlara da hazır olduğunu diqqətə çatdırıb:

"Ancaq bu danışıqlar insaflı və qarşılıqlı hörmət çərçivəsində olmalıdır".

Nazir ölkədə baş verən etiraz aksiyalarının tşkilində ABŞ və İsralin rolu olduğunu iddia edib:

"Aksiyaların qanlı və zorakı müstəviyə keçməsi Donald Trampın İrana müdaxiləsinə zəmin yaratmaq üçündür".

O, etirazçıların silahlandığını söyləyib və bununla bağlı rejiminəlində faktlar olduğunu deyib:

"Əlimizdə etirazçılar arasında silah paylanmasına dair çoxlu sənədlər var və həbs olunanların bununla bağlı etirafları yaxın vaxtlarda yayımlanacaq."

Qeyd edək ki, insan haqları təşkilatlarının bildirdiyinə görə, İran hökuməti etirazçılara qarşı repressiyalara bəraət qazandırmaq üçün təxribatlar törədir, SEPAH və təhlükəsizlik qüvvələri mülki formada və etirazçı qılığında vətəndaşların şəxsi əmlakını dağıdırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar