SON XƏBƏRLƏR

İranda SEPAH-çılar öldürülüb

2026.01.15, 14:13
İranda SEPAH-çılar öldürülüb

İranın Sistan və Bəlucistan əyalətinin Gülşən rayonunda Yasir Nuşirəvani adlı yerli SEPAH komandiri və onun iki adamı öldürülüb.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Onların naməlum silahlı şəxslərin hücumu nəticəsində öldürüldükləri bildirilib.

Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, 2025-ci ildə Sistan və Bəlucistan əyalətində ümumilikdə 95 SEPAH üzvü, polis və hərbçi öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar