Şəhərdə itkin düşmə halları, həbslər qeydə alınıb və rejim qüvvələrinin atəş açması nəticəsində çox sayda ağır xəsarət alanlar var.
Onun sözlərinə görə, Təbrizdə yaşayan bir ailənin oğlu etirazların ilk günündən bəri yoxa çıxıb və ondan xəbər yoxdur, daha bir 18 yaşlı gənc isə həbs edilib və onun harada olduğu məlum deyil.
Bu məlumata görə, cümə günü keçirilən etirazlar zamanı İmam Rza Xəstəxanasından 10 həkim həbs edilib və eyni xəstəxanada bir təcrübəçi güllə ilə gözündən ağır yaralanıb. Onun sözlərinə görə, güllə eynəyindən keçərək gözünə dəyib.
Həmçinin, şənbə günü başından yaralanan dörd nəfər xəstəxanaya aparılıb.
İnsan haqları fəalı həmçinin yazır ki, cümə günü şəhərdəfərq qoyulmadan həbslər həyata keçirilib və bu, həmin gündən etibarən şəhərdə qeyri-müəyyən müddətə "hərbi vəziyyət" elan edildiyini göstərir.
Ş.A