SON XƏBƏRLƏR

ABŞ-nin iki C-17 Globemaster nəqliyyat təyyarəsi Yaxın Şərqə gətirildi

2026.01.19, 13:23
ABŞ-nin iki C-17 Globemaster nəqliyyat təyyarəsi Yaxın Şərqə gətirildi

Hərbi mənbələr bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha iki C-17 Globemaster nəqliyyat təyyarəsi Yaxın Şərqə yerləşdirilib.

Gunaz.tv

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin iki nəhəng nəqliyyat təyyarəsi Böyük Britaniyadakı RAF Lakenheath-dən İordaniyadakı ABŞ hava bazasına köçürülüb.

Analitiklərin fikrincə bu təyyarələr yavarın 18-də Yaxın Şərqə gələn 494-cü və M48-ci qırıcı eskadrilyalarından F-15 qırıcılarının yerləşdirilməsini dəstəkləyəcəklər.

Bundan əvvəl isə ABŞ-nin dörd Hərbi Hava Qüvvələrinə məxsus C-17 Globemaster təyyarəsinin əvvəllər Hind okeanında ABŞ-ın səssiz buraxılış meydançası kimi tanınan Dieqo Qarsiyaya yola düşdüyü bildirilirib.

Dieqo Qarsiya ABŞ hərbi bazasıdır, Yaxın Şərqdə dərin nüfuzetmə əməliyyatları üçün ön mərkəzdir və B-2 gizli bombardmançı təyyarələri və B-52 uzaqmənzilli hücum təyyarələrinə ev sahibliyi edir.

ABŞ əvvəllər İranın nüvə obyektlərinə hücum zamanı bazaya qoşun yerləşdirmişdi.

Qeyd edək ki, C-17 Globemaster III, Lockheed C-5 Galaxy-dən sonra ABŞ Hərbi Hava Qüvvələrində ən böyük və ən təchiz olunmuş yük təyyarəsidir. Döyüş zonasındakı bazalara yüksək sürətlə müxtəlif yük və qoşun çatdırmaq qabiliyyətinə malikdir. Həmçinin taktiki qüvvələri bir yerdən digər yerə daşıya bilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar