SON XƏBƏRLƏR

İran əhalisi blokada şərayitində yaşayır

2026.01.20, 14:29
İran əhalisi blokada şərayitində yaşayır

İran paytaxtı Tehranın küçələri başqa vaxtlar izdihamlı olurdu. Ancaq ölkədə dini hakimiyyətə qarşı misli görünməmiş etirazlar zorakılıqla yatırılandan sonra təhlükəsizlik qüvvələri nəzarəti bərpa edib və küçələr, əsasən, boş görünür.

Gunaz.tv

Tehran sakinləri şəhərdə faktiki hərbi vəziyyət hökm sürdüyünü deyirlər: 

"küçələrə təhlükəsizlik əməkdaşları yerləşdirilib, əhali isə, əsasən, evlərindən çıxmır. Axşamlar mağaza və restoranlar bağlanır.

"Gecələr tam bir hərbi vəziyyət hökm sürür. Silahlı qüvvələri avtomobilləri saxlayır, maşını tam yoxlayır, mobil telefonlara baxırlar. İnsanlardan telefonlarını açmalarını tələb edirlər", – İrandan çıxan insanlar deyiblər.

Qeyd edək ki, İranda dekabrın 28-də başlanan etirazları hökumət qüvvələri zorakılıqla yatırdıb. Etirazlar müddətində ölkədə internet və rabitə kəsilib.

İnsan haqları təşkilatları minlərlə insanın öldürüldüyünü, 10 minlərlə etirazçının isə həbs edildiyini bildirsər də, internet kəsildiyinə görə bunu dəqiqləşdirmək mümkün olmur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar