SON XƏBƏRLƏR

Laricaninin qızı Amerikada işdən qovuldu

2026.01.25, 13:09
Laricaninin qızı Amerikada işdən qovuldu

İran rəhbəri Əli Xaməneinin baş müşaviri, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani ABŞ-dəki işindən qovulub.

Gunaz.tv

Bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, Fatimə Ərdəşir Laricani indi ABŞ-dən depotasiya edilə bilər.

Ötən həftə Fatimə Laricaninin ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki Emori Universitetinin Vinşip Xərçəng İnstitutunda işə götürüldüyü barədə Demokratiyaların Müdafiəsi Fondunun icraçı direktoru Conatan Şanzer məlumat yaymışdı.

Laricaninin işdən qovulmasından sonra iranlı mühacirlər və fəallar İranın keçmiş prezidenti Məhəmməd Xatəminin qızı Leyla Xatəminin də Nyu-York Universiteti qovmaq üçün kampaniya başladıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar