SON XƏBƏRLƏR

İran hökuməti iki türk futbolçunun aktivlərini müsadirə etdi

2026.01.26, 11:19
İran hökuməti iki türk futbolçunun aktivlərini müsadirə etdi

İran Məhkəməsi Güney Azərbaycanın Ərdəbil şəhərindən olan futbol ulduzu və İran milli komandasının keçmiş baş məşqçisi Əli Dainin 50 milyon dəyərində əmlak və aktivlərini müsadirə edib.

Gunaz.tv

Bu barədə sosial media platformalarında İran Məhkəməsinə istinadən məlumat yayılıb.

Bununla yanaşı İran milli yığmasının oyunçusu türkmənəsilli Sərdar Azmunun da əmlakı və sərmayəsinin müsadirə edildiyi bildirilib.

Onların etirazçılara dəstək bəyanatı səsləndirdiklərinə görə cəzalandırıldıqları qeyd olunub.

Bildirilib ki, bu, son etiraz aksiyalarında iştirak edənləri cəzalandırmaq məqsədi daşıyan daha genişmiqyaslı təzyiqin tərkib hissəsidir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar