SON XƏBƏRLƏR

İtaliya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

2026.01.27, 17:39
İtaliya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

​​​​​​​İtaliyaının İranda ümumi etiraz aksiyaları barədə bəyanatı və SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınması barədə bəyanatından sonra, bu ölkənin Tehrandakı səfiri Paola Amadei İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Xarici İşlər Nazirliyinin Qərbi Avropa departamentinin baş direktoru İtaliya səfirini "İnqilab Keşikçiləri Korpusuna hər hansı bir damğa vurulmasının dağıdıcı nəticələri" barədə xəbərdarlıq edib.

Qeyd edək ki, dünən İtaliya xarici işlər naziri Antonio Tajani İranda etiraz aksiyaları zamanı mülki əhaliyə qarşı törədilən qəddarlığq toxunaraq beynəlxalq ictimaiyyətdən aydın və qətiyyətli yanaşma tələb edib.

X hesabında yayımlanan bəyanatda Tajani cümə axşamı Brüsseldə keçiriləcək Avropa Birliyi xarici işlər nazirlərinin görüşündə SEPAH-ın AB-nin terror təşkilatları siyahısına daxil edilməsini təklif edəcəyini açıqlayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar