SON XƏBƏRLƏR

Tehran Birjasında eniş davam edir; iqtisadiyyatda etimad böhranının göstəricisi

2026.01.29, 07:54
Tehran Birjasında eniş davam edir; iqtisadiyyatda etimad böhranının göstəricisi

Gunaz.tv

Tehran Birjası dördüncü gün ardıcıl olaraq əsas indekslərin ciddi enişi ilə üzləşib. Müşahidəçilərin fikrincə, bu proses ölkənin iqtisadi mühitində davam edən etimadsızlığın əks-sədasıdır.

“XəbərOnline” saytının məlumatına görə, çərşənbə axşamı, əsas indeks 105 min bənddən çox azalaraq təxminən dörd milyon səviyyəsinə enib. Eyni zamanda, kiçik və orta şirkətlərin ümumi vəziyyətini əks etdirən bərabər çəkili indeks də 23 min bənddən artıq geriləyib və enişin yalnız iri səhmlərlə məhdudlaşmadığını göstərib.

Ticarət zamanı 440 mindən çox əməliyyat həyata keçirilib və dövriyyə həcmi təxminən 92 min milyard tümənə çatıb. Lakin satış təzyiqinin üstünlük təşkil etməsi bazarda tələbin bərpasına imkan verməyib.

Farabirja indeksi də 800 bənddən çox azalaraq 31 min səviyyəsinə düşüb. Analitiklər bu tendensiyanı investorların iqtisadi vəziyyətlə bağlı narahatlığı və bazarın yaxın perspektivdə bərpası üçün aydın siqnalların olmaması ilə əlaqələndirirlər.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar