ABŞ-nin İrana növbəti hücum ehtimalı dünya gündəminin əsas mövzusudur. İslam Respublikası Azərbaycan üçün həm sərhəd qonşusu, həm də milyonlarla azərbaycanlının yaşadığı bir ölkədir.
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
ABŞ-nin İrana növbəti hücum ehtimalı dünya gündəminin əsas mövzusudur. İslam Respublikası Azərbaycan üçün həm sərhəd qonşusu, həm də milyonlarla azərbaycanlının yaşadığı bir ölkədir.
Bu baxımdan, ehtimal olunan ABŞ-İran müharibəsi Azərbaycan üçün yalnız regional təhlükəsizlik məsələsi deyil, həm də humanitar, siyasi və milli baxımdan ciddi nəticələr doğura biləcək prosesdir. Belə bir ssenari Güney Azərbaycandakı soydaşlarımızın taleyini, mümkün qaçqın axınını yarada bilər. Buna görə də hadisələrin gedişatı Azərbaycan cəmiyyətində və siyasi dairələrdə xüsusi diqqətlə izlənilir.
Güney Azərbaycan türklərinin milli-siyasi tribunası olan GünAz TV-nin qurucusu, ABŞ-də yaşayan Güney azərbaycanlı fəal Əhməd Obalı “Yeni Sabah”a müsahibəsində İranda baş verən proseslər, mümkün rejim dəyişikliyi ssenariləri, Güney Azərbaycanın gələcəyi və ehtimal olunan müharibənin azərbaycanlılar üçün yarada biləcəyi risklər barədə danışıb.
- İranda ötən ilin dekabrından baş vermiş etirazlarda Cənubi Azərbaycan amili var idimi? Azərbaycan türkləri bu prosesdə necə iştirak edirdilər?
- Etirazlar əvvəlcə bazardan başladı, xüsusi ilə işsizliyə, bahalığa və İran pulunun dəyərinin qısa müddətdə 50 faizdən artıq dəyər itirməsinə qarşı idi. Ancaq bu proseslər diktatorun əleyhinə çevrildi, “Diktatora ölüm” şüarları səsləndirildi. Etirazlar başqa şəhərlərə də sıçradı. Xüsusilə, Məşhəd, Yəzd və İsfahan şəhərlərində geniş vüsət aldı, daha sonra şimal bölgələrinə - Rəştə qədər yayıldı və nəhayət, Azərbaycan bölgələrini də əhatə etdi. Tehran əhalisinin böyük qismini azərbaycanlılar təşkil etdiyinə və Tehranda bazar daha çox azərbaycanlıların əlində olduğuna görə, oradan başlayan etirazlarda da azərbaycanlıların böyük rolu olduğunu demək olar.
Azərbaycan şəhərlərinə gəldikdə, bizim şəhərlər etirazlara bir az gec qoşuldu. Çünki Rza Pəhləvi bu etirazların “dalğasına minmişdi”, yəni etirazlardan öz siyasi iddiaları üçün yararlanmağa çalışırdı. Buna görə də Azərbaycan şəhərləri etiraz aksiyalarına qoşulmurdu. Amma sonra əhalimiz etiraz aksiyalarına çıxdı və Pəhləviyə qarşı şüarlar səsləndirdilər. Azərbaycanlıların ilk etirazı Xoy şəhərində başladı, orda da əsas şüarlardan biri kimi “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarını səsləndirirdilər. Bununla da azərbaycanlıların etiraz aksiyalarına Pəhləvinin çağırışına görə çıxmadığını bəlli etdilər. Bu cür etiraz aksiyaları Ərdəbil, Xalxal, Mərənd, Miyana, Urmiya, Təbriz kimi bir çox şəhərdə də keçirildi və bu zaman diktatorluğa qarşı şüarlarla yanaşı, “Azadlıq”, “Ədalət”, “Milli hökumət” tələbləri ilə şüarlar səsləndirildi.
- Bir çox Güneyli fəalın açıqlamalarından bəllidir ki, Pəhləvinin İrana qayıtmasına qarşıdırlar. Eyni zamanda məlumdur ki, Pəhləvi İrana qayıtmaqda israrlıdır və ABŞ adminstrasiyası ilə bununla bağlı təmasdadır. Belə olan halda, İranda mümkün rejim dəyişikliyini hansı əsaslarla mümkün sayırsınız?
- Güneyli azərbaycanlılar Pəhləvinin hakimiyyətə qayıtmasına müxalifdirlər. Ona görə ki, Pəhləvi rejimi 1925-ci ildən başlayaraq İranda irqçi, farscı və Azərbaycan-türk düşmənçiliyinin əsasını qoyan sülalədir. Rza Pəhləvi 1925-ci ildən İkinci Dünya müharibəsinə qədər, onun oğlu Məhəmmədrza Pəhləvi 1979-cu ilə qədər, indi isə onun nəvəsi Rza Pəhləvi tamamilə türk düşməni olduqlarını gizlətməyiblər. Hazırki Rza Pəhləvi sözdə bərabərlikdən danışsa da, farsçılıq və hitlerizm əsasında qurulmuş sistemi İrana yenidən gətirmək istəyir. Əlbəttə ki, azərbaycanlılar bununla razı ola bilməz!
- Rza Pəhləvinin ABŞ adminstrasiyası ilə danışıqlar apararaq İran hakmiyyətinə qayıtmaq üçün dəstək almağa çalışdığından bəhs edilir...
- Prosesləri ABŞ-dən müşahidə etdiyimizdə, Rza Pəhləvinin sevilən bir adam olduğu görünmür. Birləşmiş Ştatlar lideri Tramp ilk açıqlamasında “mən bilmirəm ki, Rza Pəhləvi İranı idarə edə bilər, ya yox” fikrini işlətmişdi. Bu, ingiliscədən tərcümədə onun İranı idarə edə bilməyəcəyi mənasını verir. Əlavə olaraq, məntiq onu deyir ki, Amerika dövləti İranda dəyişiklik etmək istəsə, bunu İranın içindən bir alternativ taparaq etmək istəyər. Necə ki Venesuelada etdi... Çünki əvvəla, İran coğrafi baxımdan böyükdür, ikincisi, İran Venesuela kimi kiçik dövlət deyil ki, onu asanlıqla ələ alıb, işğal etmək mümkün olsun. İranın çox mürəkkəb, fərqli silahlı qüvvələri mövcuddur. Silahlı qüvvələrin içində bu sistemə könüldən inananlar var. Bu isə uzunmüddətli savaş və qarmaqarışıqlığa səbəb ola bilər. Ona görə də ən uyğun variant sistemin öz içindən bir koalisiyanın yaradılması və ya bir nəfərin rəhbərliyi Vaşinqton üçün ən uyğun dəyişiklik ola bilər.
Rza Pəhləvi gedib İranda milləti birləşdirə bilməz. O, İrana gələrsə, daha çox qütübləşmiş qruplar qarşı-qarşıya gələr və vətəndaş müharibəsi qaçılmaz olar. Bunu Amerika da bilir. Amma Rza Pəhləvi faktorundan, bəlkə, bir kart kimi istifadə etmək istəyərlər. Çünki alternativ tapılmasa və dəyişiklik zəruri olarsa, Rza Pəhləvininin hakimiyyətə gəlmə ehtimalı da var. Hərçənd bu ehtimal çox-çox düşükdür.
- Prezidentinin Azərbaycan türkü olduğu İranda, Cənubi azərbaycanlılar üçün hazırki situasiyada hansı dəyişiklik məqbuldur?
- Yaxşı olar ki, İranda dərin dəyişiklik olsun. Cüzi dəyişikliklə bizim vəziyyətimizdə çox dəyişiklik görünməyəcək.
- “Dərin dəyişiklik” deyərkən, necə bir dəyişikliyi nəzərdə tutursunuz?
- Yəni sistem dəyişməlidir. İslam Respublikası kökündən getməli, farsçılığa son qoyulmalıdır. Digər xalqların hüquqlarının tamamilə qəbul olunması dərin dəyişiklik olar. Farsçılar bu fikirdədirlər ki, dərin dəyişiklik olsa, ölkə dağıla bilər. Halbuki xalqların hüquqları verilmədiyi təqdirdə, İran dağıla bilər. Bu baxımdan, bizim üçün ən məqbul variant milli hüquqlarımızın tanınması, o cümlədən Güney Azərbaycanın Şimali Azərbaycanla bir millət olaraq, dövlətimizin qurulmasıdır. Cənubi Azərbaycan özü müstəqil dövlət olmalıdır.
- Siz Güney Azərbaycanın İran tərkibindən çıxmağı kimi son dərəcə radikal tələbdən bəhs edirsiniz?
- Güney Azərbaycanın müstəqil olması vacibdir. Ona görə ki, bizim ibtidai hüquqlarımızı müzakirə etməyə hazır olan heç bir fars mərkəzli qrup yoxdur. Onun üçün də bizim müstəqillikdən başqa çarəmiz yoxdur.
- Müstəqilliyin əldə olunması forması necə olmalıdır, sizcə?
- İranda sistem dağılarsa, onsuz da bir çox qeyri-fars millətlər ayrılmağa cəhd edəcək. O cümlədən ərəblər, bəluclar, kürdlər... Onlar indidən bunu deyirlər. Biz də eyni işi görməliyik. Mərkəz dağılırsa, biz də dövlətimizi qurmalıyıq. Sovetlər dağılanda Şimali Azərbaycanın öz müstəqil dövlətini qurması, bizim üçün bir modeldir. Biz əl-ələ verib mərkəzi yenidən qurmaq yerinə, öz dövlətimizi yaratmalıyıq.
- İranın parçalanma ehtimalını yüksək görürsünüz?
- Əgər, dediyim kimi, mərkəz dağılarsa, İranın parçalanma ehtimalı 50 faizdən yüksəkdir. Ancaq mərkəz islahatlar yolu ilə - kiçik və ya böyük dəyişikliklər edərək - ABŞ və Qərblə anlaşma əldə edib sistemi qoruyub saxlaya bilsə, bu halda ölkənin dağılması baş verməyəcək. Sovetlər İttifaqı dağılanda, Azərbaycan müstəqil oldu. Əgər SSRİ dağılmasaydı, Azərbaycan və digər respublikalar ayrı-ayrılıqda Moskva ilə savaşsaydılar belə, müstəqilliyini əldə edə bilməzdilər. Mərkəzi sistemin dağılması ilə Azərbaycan fürsətdən istifadə edib müstəqil oldu. Dediyim odur ki, fürsəti qaçırmamalıyıq. Fürsət varkən, məsələni həll etmək lazımdır. Fürsət yoxdursa, zamanı deyil, demək. O zaman Güney Azərbaycan ən yüksək müxtrariyyət hüquqlarına sahib olaraq, federalizmdə qalmalıdır. Kürdlərin Şimali İraqda sahib olduqları federal dövlət kimi... Bu sistem bizim üçün bir nümunədir.
- Azərbaycan türkü olan Məsud Pezeşkianın İran prezidenti seçilməsi güneylilerin həyatına müsbət təsir etdimi?
- Heç bir təsiri olmayıb. O, Prezident olsa da, rəhbərlikdə olanların böyük əksəriyyəti qeyri-türklərdir. Hətta Pezeşkianın öz müavinləri belə, azərbaycanlı deyil. Məsələn, o, Azərbaycan türkcəsində təhsilin yox, bir kursun olmasını istədi. Ona belə, öz müavinləri, nazirlər müxalif çıxdı, parlament bu təklifi rədd elədi. Bəlkə də rədd olunacağını bilirdi, sadəcə azərbaycanlılara buna cəhd etdiyini göstərmək üçün bu addımı atdı.
Pezeşkian bu müddətdə Urmiyə gölünə gələn suların önünü açdırmaqla onu müəyyən qədər qurtara bilərdi. Onu da etmədi. Onun hakimiyyətdə simvolik olmasının güneylilərə heç bir təsiri yoxdur. Amma Pezeşkianın Prezident olmasının İran-Azərbaycan münasibətlərinə müsbət təsiri var. Onu biz yaddan cıxarmayaq. Pezeşkianın Azərbaycana iki dəfə səfər etməsi, prezident İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla çox səmimi münasibəti və təmiz insan olması çox yüksək qiymətləndirilməlidir. Amma etiraz aksiyalarından sonra Pezeşkian çox geri çəkildi. O da rejimin etirazçılara “iğtişaşçı” deməsini təkrar etdi, öldürülən etirazçıların ailələrinə təsəlli vermədi. Xalqı qətlə yetirən Bəsicə (könüllü səfərbərlik qüvvələri) və SEPAH-a etiraz etmədi. Bunu da biz yadda saxlamalıyıq. Millət Pezaşkiandan Xameneinin dediklərini təkrar etməsini gözləmirdi.
- Vaşinqtonda Tramp adminstrasiyasının istər İran müxalifəti, istərsə də Cənublu fəallarla hər hansı təmasları varmı?
- Mən Amerika dövlətinin içində olmadığıma görə, Vaşinqtonun İran müxalifəti və ya cənublularla əlaqələrinin olub-olmadığını deyə bilmərəm. Görünən odur ki, hələlik Vaşinqton daha çox İranın içindən alternativ tapmağa fokuslanıb. Pəhləvinin bəzi senatorların və ya Netanyahu tərəfindən gündəmə gətirilməsində də, mətbuatda onun xeyrinə kampaniyaların təşkilində də, zənn etmirəm ki, Amerika dövlətinin əli olsun. Çünki Amerika istəsəydi, çox fərqli şəkildə bu məsələni qabardardı. İndiyə qədər məlum olan budur ki, Tramp Rza Pəhləviyə tam inanmır.
- İrana qarşı müharibə realdırmı?
- Hazırda ehtimal demək olar ki, 50/50 səviyyəsindədir, bəlkə də bir qədər aşağıdır. Məsələn, iki həftə əvvəl müharibə riski demək olar ki, yox idi. Ancaq bu qədər silah-sursatın və hərbi qüvvənin bölgəyə cəmlənməsinin bir neçə səbəbi ola bilər. Bunlardan biri İranı mühasirəyə almaq və neft satışını məhdudlaşdırmaqdır. Digər məqsəd isə Tehranı təzyiq altında saxlayaraq geri çəkilməyə məcbur etməkdir. Hərbi gəmilərin və döyüş təyyarələrinin bölgəyə göndərilməsi, həm də Amerikanın müttəfiqlərini qorumaq məqsədi daşıya bilər. Hücum baş versə belə, İrana qarşı genişmiqyaslı müharibə olacağına inanmıram. Daha çox məhdud və dəqiq zərbələrin endirilməsi ehtimalı yüksəkdir. Əgər daha genişmiqyaslı planlar olsaydı, bunun fərqli hazırlıqlarını da müşahidə edərdik.
- Müharibə reallaşarsa, İranda azərbaycanlıların durumu necə ola bilər?
- Müharibə reallaşarsa, İranda yaşayan bütün xalqlar kimi, Azərbaycan türkləri də gərgin bir vəziyyətlə üzləşəcək. Əgər proses uzun çəkərsə, Tehranın qərbindən Türkiyə sərhədinə və Həmədandan Azərbaycan sərhədinə qədər ərazilərdə yaşayan millətimizə də ciddi təsir göstərəcək. Bu halda, qaçqın axınının əsas istiqaməti də, təbii ki, Azərbaycan Respublikası olacaq. Azərbaycan bu riski nəzərə alaraq, Türkiyənin Suriyada yaratdığı modelə bənzər mühafizə bölgələri formalaşdırmalıdır. Lakin bu bölgələr 3-5 kilometr enində məhdud sahə ilə kifayətlənə bilməz. Təhlükəsizlik zonası Təbrizdən Zəncana qədər geniş ərazini əhatə etməlidir ki, milyonlarla insan müvəqqəti şəkildə orada məskunlaşa bilsin. İnsanları dağlıq ərazilərdə və ya sərhəd boyunca kiçik çadırlarda saxlamaq mümkün deyil. Bunun üçün infrastruktur, içməli su, ərzaq və digər zəruri təminatlar yaradılmalıdır. Türkiyə Urmiya daxil olmaqla təhlükəsizlik bölgəsi qurmalı, Azərbaycan isə Təbriz və hətta Zəncanı da əhatə edən geniş plan üzərində düşünməlidir. Təbii ki, bu təkcə Azərbaycanın işi deyil - proses müttəfiqlərlə birgə həyata keçirilməlidir. İlk növbədə Türkiyə ilə, eyni zamanda İsrail və ABŞ ilə də koordinasiya mümkündür. Yəni indidən gələcəyə yönəlmiş proqram hazırlanmalı və mümkün ssenarilərə qarşı hazır vəziyyətdə olunmalıdır. Ola bilsin ki, müharibə də, qaçqın axını da baş verməsin. Amma “bəlkə” ilə oturub-durmaq da olmaz. Buna indidən hazır olmaq lazımdır.
- Azərbaycanda İran hadisələrinə hazırlıq necə getməlidir?
- Bu çox önəmli məsələdir. Mən bir güneyli olaraq fikrimi deyirəm: Azərbaycan dövləti də özünü müəyyən hadisələrə hazırlayır. Bu indiyə qədər də belə idi, hazırda da eyni siyasət davam edir. Azərbaycanın, vəziyyəti daha ətraflı dəyərləndirməyə gücü var. Azərbaycan dövləti, ola bilməz ki, bu böyüklükdə hadisələrə laqeyd qalsın. Prezident İlham Əliyev dəfələrlə 50 milyonluq azərbaycanlının hüquqlarına, təhlükəsizliyinə diqqət yönəldib. Bu, Güney Azərbaycanda belə bir gözlənti yaradıb ki, Azərbaycan dövləti ən ağır gündə bizim köməyimizə çatacaq. Bunun üçün də Azərbaycan dövləti Prezidentin məşhur çıxışlarını nəzərə alaraq, indidən Güney Azərbaycanın torpağını, xalqını qorumaq üçün yəqin ki, xarici dövlətlərlə müzakirələr aparıb. Bu günlərdə “Washington Post” qəzetində dərc olunmuş bir təhlildə qeyd olunmuşdu ki, İranla bağlı məsələlərdə ABŞ rəhbərliyi Azərbaycan lideri İlham Əliyevlə birbaşa məsləhətləşməlidir. Biz də bunu gözləyirik. Çünki belə olduğu təqdirdə, Azərbaycan dövləti Güney Azərbaycanı unutmayacaq və bizi ağır günlərdə öz taleyimizin ümidinə buraxmayacaq. O cümlədən mümkün müharibə durumunda qaçqınları Güney Azərbaycanda qorumaq üçün addımlar atılmalıdır. Təhlükəsizlik bölgəsinin yaradılmasını fərdlər yox, dövlətlər danışmalıdır. Ümid edirik ki, bizim gözləntilərimiz reallaşacaq.
Müsahibəni buradan da oxuya bilərsiniz
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb