SON XƏBƏRLƏR

Gecə Moskvaya uçuş; Tehran–Vaşinqton gərginliyi fonunda Pezeşkianın qəfil səfər edib

2026.01.30, 00:51
Gecə Moskvaya uçuş; Tehran–Vaşinqton gərginliyi fonunda Pezeşkianın qəfil səfər edib

İsrailin “müharibə otağı” yazıb: «Salamımızı Bəşər Əsədə çatdırın.»

Gunaz.tv

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın təyyarəsi cümə axşamı, 9 bəhmən axşam saatlarında əvvəlcədən elan edilməmiş səfərlə Mehrabad hava limanından Moskvaya yola düşüb. Flightradar məlumatlarına görə, bu uçuş qısa müddətdə 8 mindən çox izləyici toplayaraq platformada ən çox izlənən reyslərdən birinə çevrilib.

Bu xəbərə reaksiya olaraq, İsrailin “müharibə otağı” yazıb: «Salamımızı Bəşər Əsədə çatdırın.»

Səfər, Rusiya prezidenti Vladimir Putinin həmin gün Moskvada Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyani qəbul edərkən Rusiyanın İranla bağlı vəziyyəti “yaxından izlədiyini” və Tehran ətrafında yaranan gərginlikləri müzakirə etmək istədiyini deməsi ilə eyni vaxta təsadüf edir.

Bundan bir neçə saat əvvəl Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən, Donald Trampın son açıqlamalarına münasibət bildirərək İran və ABŞ arasında danışıqlar üçün hələ də “potensial diplomatik imkanın” mövcud olduğunu qeyd etmişdi.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar