SON XƏBƏRLƏR

Ərdoğan ilə Pezeşkian arasında telefon danışığı olub

2026.01.30, 15:08
Ərdoğan ilə Pezeşkian arasında telefon danışığı olub

Ankara İran hökuməti ilə ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Gunaz.tv

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan İran hökumətinin prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Danışıq zamanı tərəflər bölgədəki son proseslər və artan hərbi gərginlik məsələlərini müzakirə ediblər.

Məlumata görə, görüşdə regional təhlükəsizlik vəziyyəti və gərginliyin mümkün nəticələri nəzərdən keçirilib, sabitliyin qorunmasının və qarşıdurmanın genişlənməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb.

Ərdoğan bildirib ki, Ankara mövcud problemlərin həlli və gərginliyin azaldılması üçün İran hökuməti ilə ABŞ arasında asanlaşdırıcı və vasitəçi rolunu üzərinə götürməyə hazırdır.

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, bu gün Türkiyədə səfərdə olan İran hökumətinin xarici işlər naziri ilə görüşərək bölgədəki siyasi və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparacaq.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar