SON XƏBƏRLƏR

İranda öldürülnlərin son sayı açıqlandı

2026.02.02, 10:16
İranda öldürülnlərin son sayı açıqlandı

İranda 34 gün əvvəl başlayan etirazlarda öldürülən 6842 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 11280 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Öldürülənlərdən 214 hökumət məmuru, 146-ı azyaşlı və 57-i etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.

Bununla yanaşı 50 min civarında etirazçı həbs edilib.

Bildirilib ki, öldürülən və həbs olunanların sayının göstərilən rəqəmlərdən daha çox olduğu ehtimal olunsa da, internet kəsldiyinə görə bunu dəqiqləşdirmək mümkün olmur.

Hələlik təsdiq olunmamış bəzi məlumatlara görə, aksiyalarda öldürülənləri sayının 30 mindən çox olduğu qeyd olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar