SON XƏBƏRLƏR

Diplomatik gərginlik fonunda İtaliya səfirliyinin Tehrandakı konsulluq şöbəsi bağlandı

2026.02.02, 12:09
Diplomatik gərginlik fonunda İtaliya səfirliyinin Tehrandakı konsulluq şöbəsi bağlandı

Gunaz.tv

İtaliya səfirliyinin Tehrandakı konsulluq şöbəsi yaydığı açıqlamada bu bölmənin “ikinci bildirişədək” fəaliyyətini dayandırdığını elan edib. Bildirişdə vurğulanıb ki, konsulluq xidmətlərinin adi fəaliyyəti dayandırılsa da, İtaliya vətəndaşları üçün “zəruri, təcili və təxirəsalınmaz” xidmətlərin göstərilməsi davam edəcək.

Səfirlik həmçinin əvvəlcədən təyin edilmiş bütün konsulluq görüşlərinin “lazımi şərait yarananadək” başqa tarixə təxirə salındığını bildirib.

Bu qərar, bir neçə saat əvvəl İran Məclisinin sədri Məhəmmədbəqir Qalibafın Avropa ölkələrinin ordularını “terrorçu qrup” adlandırması və İran­dakı Avropa səfirliklərində yerləşən hərbi attaşelərin ölkədən çıxarılmasını tələb etməsindən sonra açıqlanıb.

Sözügedən mövqe, Avropa İttifaqı xarici işlər nazirlərinin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməyə razılıq verməsindən sonra səsləndirilib. Bu addım Tehranla Avropa ölkələri arasında gərginliyin artmasına səbəb olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar