SON XƏBƏRLƏR

Tehranda səfirliyi olan bütün Avropa ölkələrinin səfirləri çağırıldı

2026.02.02, 14:20
Tehranda səfirliyi olan bütün Avropa ölkələrinin səfirləri çağırıldı

Gunaz.tv

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, bu gün və dünən Tehranda səfirliyi olan bütün Avropa ölkələrinin səfirləri çağırılıb.

Bəqai bazar ertəsi, 2 Fevral tarixində jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib ki, “səfirlərin çağırılması minimum addımdır... bir sıra tədbirlər hazırda nəzərdən keçirilir”.

O, təfərrüat vermədən əlavə edib: “Müxtəlif variantlar hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara göndərilib, yaxın günlərdə qərar qəbul olunacaq”.

Bəqai Avropa İttifaqının İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmasını “İrana qarşı təhqir və strateji səhv” adlandırıb.

İran XİN sözçüsü eyni zamanda Avropa İttifaqını ABŞ və İsrailə “yaxınlıq göstərməkdə” ittiham edib.

Avropa İttifaqının xarici işlər nazirləri cümə axşamı, 29 Yanvar tarixində illərlə davam edən daxili və xarici təzyiqlərdən sonra bu qərarla razılaşıblar.

Aİ-nin xarici siyasət üzrə məsul şəxsi Kaya Kallas bu xəbəri elan edərkən deyib: “Minlərlə öz vətəndaşını öldürən hər bir hakimiyyət əslində öz məhvinə doğru addımlayır.”

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar