SON XƏBƏRLƏR

İranda məhbuslar aclıq aksiyası keçirdilər

2026.02.04, 10:00
İranda məhbuslar aclıq aksiyası keçirdilər

Dünən səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 106-cı dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, ötən il İran həbsxanalarında 2200-dən çox məhbus edam edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar