SON XƏBƏRLƏR

Arkadi Qukasyan və Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

2026.02.05, 13:36
Arkadi Qukasyan və Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Gunaz.tv

Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan və Bako Sahakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin 20 il müddətinə azadlıqdan məhrum olunmaqlarını təklif etmişdi.

Qeyd edək ki, Arkadi Qukasyan Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti olmuşdur. O, 8 sentyabr 1997-ci və 2002-ci illərdə prezident seçilib, onun prezidentlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatmışdı.

Bako Sahakyan da, həmçinin Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuşdur. O, İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə isə ikinci dəfə beş il müddətinə yenidən seçilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar