SON XƏBƏRLƏR

Əraqçi: “Sıfır zənginləşdirmə” heç vaxt qəbul edilə bilməz

2026.02.08, 18:54
Əraqçi: “Sıfır zənginləşdirmə” heç vaxt qəbul edilə bilməz

Gunaz.tv

İran uranın zənginləşdirilməsi hüququnu danışıqların əsas şərti kimi görür və “sıfır zənginləşdirmə”ni qəti şəkildə qəbuledilməz elan edir. Tehran nüvə proqramı ilə bağlı “qırmızı xətt”ini yenidən açıq şəkildə bəyan edərək, ABŞ-la danışıqlarda zənginləşdirmə məsələsində heç bir geri addım atmayacağını göstərib.

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi vurğulayıb ki, “sıfır zənginləşdirmə” heç vaxt qəbul oluna bilməz və beynəlxalq təzyiqlər artsa belə, İranın öz ərazisində uranı zənginləşdirmə hüququ tanınmalıdır.

Bu sərt mövqe göstərir ki, İran nüvə danışıqlarında nəinki çeviklik nümayiş etdirmir, əksinə, zənginləşdirmə proqramının tam qorunmasında israr etməklə danışıqlar prosesini daha da çətinləşdirir. Bu yanaşma Qərb və ABŞ-ın Tehranın nüvə proqramına daha geniş məhdudiyyətlər tətbiq etmək tələbləri fonunda səslənir.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar