SON XƏBƏRLƏR

İran Ali Məhkməsi azərbaycanlı məhbusun edam hökmünü təsdiq etdi

2026.02.13, 10:16
İran Ali Məhkməsi azərbaycanlı məhbusun edam hökmünü təsdiq etdi

İran Ali Məhkməsi azərbaycanlı siyasi məhbus Yəqub Kərimpurun barəsində çıxarılan edam hökmünü təsdiq edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Ölüm hökmünün hazırda Urmu şəhərinin həbsxanasında saxlanılan Kərimpura fevralın 10-da elan edildiyi bildirilib.

O, "İsrailə casusluq"da günalandırılsa da, həbsxanadan yaydığı məktubda bunu inkar edib və işkəncə altında ondan məcburi etiraf alınmağa çalışıldığını yazıb.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan 1984 təvəllüdlü Yəqub Kərimpur, 16 iyun 2025-ci ildə həbs edilərək, 12 günlük İran-İsrail müharibəsi dövründə "İsraillə əməkdaşlıq"da günahlandırılıb.

Marağa Universitetində Hüquq fakultəsini bitirən Kərimpur, ağır fiziki qüsurludur və xroniki xəstəliklərdən əziyyət çəkir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar