SON XƏBƏRLƏR

Qoşaçaylı müəllim və milli fəal həbs edilib

2026.02.16, 11:19
Qoşaçaylı müəllim və milli fəal həbs edilib

fevralın 15-də İran təhlükəsizlik məmurları Qərbi Azərbaycan əyalətinin Qoy şəhərində təqaüddə olan müəllim və milli fəal Calal Küdürlünu həbs ediblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, onun evində axtarış aparılıb, özünün isə həbs səbəbi və hara köçürüldüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, təqaüdçü müəllim olan Küdürlü, ürək-damar və şəkər xəstəliklərindən əziyyət çəkir.

O, bundan əvvəl 2022-ci ilin iyul ayında da dinc mədəni fəaliyyətlərinə görə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar