SON XƏBƏRLƏR

Taliban: ABŞ hücum edərsə və rəsmi müraciət olarsa, İranla birlikdə hərəkət edə bilərik

2026.02.16, 13:43
Taliban: ABŞ hücum edərsə və rəsmi müraciət olarsa, İranla birlikdə hərəkət edə bilərik

Taliban hökumətinin sözçüsü Zəbiullah Mücahid bildirib ki, ABŞ-ın İrana mümkün hücumu və Tehranın rəsmi müraciəti olacağı təqdirdə, Kabil İranla əməkdaşlığa hazırdır.

Gunaz.tv

O, mediaya açıqlamasında regionda müharibə və gərginliyin genişlənməsini istəmədiklərini vurğulasa da, ABŞ-ın İrana qarşı hərbi addım atacağı halda Talibanın “öz imkanları çərçivəsində” Tehrana yardım göstərə biləcəyini deyib. Mücahid, həmçinin İran ilə İsrail arasında baş vermiş 12 günlük qarşıdurmaya toxunaraq, nəticənin İranın xeyrinə olduğunu iddia edib və Tehranın özünü müdafiə gücünə malik olduğunu bildirib.

Taliban sözçüsü əlavə edib ki, problemlərin siyasi yollarla həllinə üstünlük verirlər, lakin İranın özünü müdafiə etmək haqqı olduğunu hesab edirlər.

Bu açıqlamalar Tehran ilə Vaşinqton arasında gərginliyin artması ehtimalı ilə bağlı müzakirələrin gücləndiyi bir vaxtda səsləndirilib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar