SON XƏBƏRLƏR

Xamenei yenə ABŞ-ı hədələdi - Ağır zərbə ala bilər

2026.02.17, 14:33
Xamenei yenə ABŞ-ı hədələdi - Ağır zərbə ala bilər

ABŞ prezidenti müntəzəm olaraq ordusunun dünyanın ən güclü ordusu olduğunu deyir. Dünyanın ən güclü ordusu bəzən elə ağır sillə yeyə bilər ki, bir daha ayağa qalxa bilməz.

Gunaz.tv

Bunu İranın rəhbəri Əli Xamenei bu gün Şərqi Azərbaycandan olan bir qrup şələ görüşündə deyib.

“Onlar daim deyirlər ki, biz İrana gəmi göndərmişik. Əlbəttə ki, gəmi təhlükəli bir cihazdır, amma gəmidən daha təhlükəlisi bu gəmini dənizin dibinə batıra biləcək silahdır”,- o əlavə edib.

İran rəhbəri ABŞ-nin ranı məhv edə bilməyəcəyi söyləyib.

Xamenei bununla yanaşı yanvar etirazlarına da toxunub  aksiyalara görə "fitnəkarlar"ın məsuliyyət daşıdığını bildirib.

O, hadisələr zamanı həlak olan hökumət qüvvələri və etirazçıları sistemin övladları adlandırıb, onların aldadıldıqlarını iddia edib. 

Qeyd edək ki, Əli Xaməneinin ABŞ-in hücum ehtimalı səbəbindən bunkerdə gizləndiyi, arada qısa müddətə gizləndiyi yerdən çıxdığı bildirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar