SON XƏBƏRLƏR

İranın internet trafiki yarıbayarı azalıb

2026.02.17, 17:12
İranın internet trafiki yarıbayarı azalıb

Gunaz.tv

İranda internet trafiki 11 Fevral tarixindən etibarən kəskin şəkildə azalıb. Məlumata görə, ölkə üzrə məlumat mübadiləsinin həcmi təxminən 45–50 faiz geriləyib və ümumi trafik faktiki olaraq yarıya düşüb.

Texnologiya mənbələrinə istinadən bildirilir ki, azalma bütün şəbəkə üzrə müşahidə olunur və konkret bir protokolla bağlı deyil. Mütəxəssislər bunun infrastruktur üzərində tətbiq edilən mümkün məhdudiyyətlərlə əlaqəli ola biləcəyini qeyd edirlər.

Son günlər ölkə daxilində çoxsaylı istifadəçilər də internetdə genişmiqyaslı problemlər yaşandığını təsdiqləyib.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar