SON XƏBƏRLƏR

İranda etiraz aksiyalarında 230 şagird öldürülüb

2026.02.18, 15:49
İranda etiraz aksiyalarında 230 şagird öldürülüb

İranda yanvar etirazları zamanı öldürülən 230 məktəblinin kimliyi müəyyənləşdirilib və başqalarının da kimliyinin dəqiqləşdirilməsinə çalışılır.

Gunaz.tv

Bu barədə  İran Müəllimlər Həmkarlar İttifaqının Koordinasiya Şurası məlumat yayıb.

"Onlar hökumət qüvvələri tərəfindən güllələnərək öldürülüblər və İran hökuməti bu qətllərdən heç birinə görə məsuliyyəti öz üzərinə götürməyib",- məlumatda qeyd olunub.

Qeyd edək ki, öldürülən şagirdlərlə yanaşı çox sayda azyaşlı və məktəbli də həbs edilib.

İran hökuməti bu barədə rəsmi olaraq şəffaf məlumat vermir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar