SON XƏBƏRLƏR

Rusiya İrana hücum ehtimalından nigərandır

2026.02.19, 15:56
Rusiya İrana hücum ehtimalından nigərandır

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İslam Respublikasına mümkün hücumu barədə xəbərdarlıq edərək bunu "odla oynamaq" adlandırıb.

Gunaz.tv

O, bu barədə "Əl-Ərəbiyyə"yə verdiyi müsahibədə bildirib.

Müsahibədə Lavrov bir daha Tehran və Vaşinqtonu mövcud gərgin vəziyyətdə son dərəcə təmkinli olmağa və "İranın dinc nüvə proqramını davam etdirə bilməsi" üçün bir həll yolu tapmağa çalışmağa çağırıb.

Lavrov Rusiyanın və region ölkələrinin İrana hərbi hücuma qarşı çıxdığın deyib:

"Mən Fars körfəzindəki ərəb ölkələrinin bölgədəki reaksiyasını yaxından izləyirəm. Heç kim gərginliyi artırmaq istəmir. Hamı bilir ki, bu, odla oynamaqdır".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar