SON XƏBƏRLƏR

Təcili | İsveç və Almaniya vətəndaşlarını İrandan çıxmağa çağırdı

2026.02.21, 07:45
Təcili | İsveç və Almaniya vətəndaşlarını İrandan çıxmağa çağırdı

Gunaz.tv

İsveç və Almaniya hökumətləri təhlükəsizlik vəziyyətinin pisləşməsi və mümkün hərbi eskalasiya riski ilə əlaqədar vətəndaşlarına İranı tez bir zamanda tərk etməyi tövsiyə edib.

İsveç Xarici İşlər Nazirliyi bildirib ki, təhlükəsizlik mühiti sürətlə dəyişir və vəziyyət kəskinləşərsə ölkədən çıxış imkanları məhdudlaşa bilər. Bu səbəbdən İsveç vətəndaşlarına səfəri təxirə salmamaq tövsiyə olunub.

Almaniya Xarici İşlər Nazirliyi də oxşar xəbərdarlıq edərək vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb. Qeyd olunub ki, Tehrandakı Almaniya səfirliyi hazırda yalnız çox məhdud konsulluq dəstəyi göstərə bilər.

Rəsmi Berlin bildirib ki, hazırda məhdud sayda kommersiya reysləri mövcuddur və quru yolu ilə də çıxış mümkündür. Lakin vəziyyətin gərginləşməsi halında konsulluq yardımının göstərilməsi çətinləşə bilər.

Xəbərdarlıqlar ABŞ tərəfindən İrana qarşı mümkün hərbi ssenarilərin nəzərdən keçirilməsi ilə bağlı yayılan məlumatlar fonunda səsləndirilib.


GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar