SON XƏBƏRLƏR

Mlli fəal Qoşaçay həbsxanasına köçürülüb

2026.02.22, 08:39
Mlli fəal Qoşaçay həbsxanasına köçürülüb

Təhlükəsizlik məmurlarının həbs edərək Urmu şəhərinin təhlükəsizlik təcridxanasına saldıqları milli fəal və təqaüddə olan müəllim Calal Küdürlü, fevralın 22-də Qoşaçay şəhərinin həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb.

Mənbənin sözlərinə görə, dindirmə zamanı milli fəalın vəziyyəti ağırlaşıb:

"Ağciyərində su yığılmasından əziyyət çəkən Calal Küdürlünün, həmçinin ürək kardiostimulyatoru olduğu üçün mütəmadi tibbi yardıma və müşahidəyə ehtiyacı var".

Məlumata görə, fəalın fevralın 21-də onun vəziyyəti ilə maraqlanmaq üçün Qoşaçay Prokurorluğuna gedib. Prokuror onun girov müqabilində azadlığa buraxıla biləcəyini bildirsə də, iş üzrə müstəntiq onun azadlığa buraxılmasına qarşı çıxıb və görüş zamanı onlarla sərt və təhqiramiz rəftar edib.

"Cəlalın fevralın 22-də Təbrizdə ürək bateriyasını yoxlatmaq üçün görüşü var, onun müayinəyə göndərilməmsi və ya təxliyəsinin gecikməsi, xüsusən də ağciyər problemi yaşayan fəalınhəyatını riskə ata bilər",- onun yaxınları xəbərdarlıq ediblər.

Qeyd edək ki, Calal Küdürlü fevralın 15-də həbs edilib. O, bundan əvvəl də dinc fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar