SON XƏBƏRLƏR

Taliban qadınlara qarşı yeni qaydalar tətbiq etdi – İcazəsiz evdən çıxanlara həbs

2026.02.22, 18:12
Taliban qadınlara qarşı yeni qaydalar tətbiq etdi – İcazəsiz evdən çıxanlara həbs

Gunaz.tv

Əfqanıstanda Taliban rəhbərliyinin qadınlara qarşı yeni məhdudiyyətlər nəzərdə tutan qaydalar qəbul etdiyi bildirilir.

Məlumata görə, ali lider Heybətullah Axundzadənin təsdiqlədiyi bu qaydalara əsasən, ərinin icazəsi olmadan valideyn evinə gedən qadınlar, hətta zorakılıqdan qaçdıqları halda belə, üç aya qədər həbs oluna bilərlər.

Sənəddə həmçinin qeyd olunur ki, “sümük sınığı və ya açıq yara” olmadığı halda kişilərə arvadlarını cəzalandırmağa icazə verilir. Qızların təhsilinə qoyulan qadağanı tənqid etmək cinayət sayılır. Qadınların üzlərini tam örtməsi, naməhrəmlərin yanında danışmaması və səsinin çöldə eşidilməməsi tələb olunur.

Qaydaların başqa bir hissəsində Əfqan cəmiyyətinin dörd təbəqəyə bölündüyü və hər təbəqə üçün fərqli cəzaların nəzərdə tutulduğu bildirilir.

 

GünazTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar