SON XƏBƏRLƏR

İranlı nazir Bakıya gəldi

2026.02.23, 09:23
İranlı nazir Bakıya gəldi

İranın Yol və Şəhərsalma naziri xanım Fərzanə Sadiq Bakıya gəlib.

Gunaz.tv

Yol və Şəhərsalma naziri İran ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək məqsədilə, nazirliklərin, iqtisadi qurumların və ölkəmizin özəl sektorunun nümayəndələrindən ibarət nümayəndə heyətinə rəhbərlik edərək Bakıya səfər edib.

Səfər çərçivəsində xanım Sadiq Birgə Komissiyanın iclasında iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir.

Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar