SON XƏBƏRLƏR

İranda daha 17 nəfər həbs edildi

2026.02.23, 12:26
İranda daha 17 nəfər həbs edildi

İranda etiraz aksiyalarının yatırılmasından sonra repressiyaların davamında bir neçə şəhərdə daha 17 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Onlar aksiyalara rəhbərlik etməkdə, məscidləri yandırılmaqda və ümumi əmlaka ziyan vurmaqda günahlandırılıblar.

İran televizyası Zəncan və Kərəc şəhərlərində həbs edilən 4 nəfərin etiraflarını yayımlayıb.

İnsan haqları təşkilatları həmin etirafların məcburi şəkildə və təzyiq altında alındığını bildiriblər.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlaandan bu günə kimi  53 mindən çox şəxs həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar