SON XƏBƏRLƏR

Tehranda tələbələr İran bayrağını yandırdı

2026.02.23, 15:39
Tehranda tələbələr İran bayrağını yandırdı

İranda tələbələrin etiraz aksiyaları fevralın 23-də də davam edib.

Gunaz.tv

Bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, bu gün Tehranın "Əl-Zəhra" unversitetinin tələbələri keçirdikləri aksiyada İran bayrağını yandırıblar.

Universitetin həyətində keçirilən aksiyada "Ölüm olsun İslam Respublikasına" şüarları səsləndirilib.

Qeyd edək ki, fevralın 21 və 22-də də Tehran və Məşhəd şəhərlərinin 10 universitetində etiraz aksiyaları keçirilib.

Hökumətə bağlı radikal qruplaşmaların və "Bəsic" üzvlərinin etirazçı tələbələrə hücum etdiyi bildirilib.

Bununla yanaşı, Tehranın "Şərif" Texnologiya Universitetinin aksiyalarda iştrak edən bir sıra tələbələrinin təhsil ocağına girişinə qadağa qoyulub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar