SON XƏBƏRLƏR

Güney Azərbaycanda “Ana dilim ölən deyil” sinif ifası ilə gündəm oldu (Video)

2026.02.23, 23:16
Güney Azərbaycanda “Ana dilim ölən deyil” sinif ifası ilə gündəm oldu (Video)

Gunaz.tv

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Güney Azərbaycanın türk müəllimi və muğam ustadı Vəhdət Rəhimli şagirdləri ilə birlikdə məşhur “Ana dilim ölən deyil” əsərini sinif otağında ifa edib. Qısa müddətdə sosial şəbəkələrdə yayılan görüntülər geniş reaksiyalara səbəb olub.

Bu mahnının tədris mühitində kollektiv şəkildə ifası bir çox mədəni fəallar tərəfindən Azərbaycan türkcəsinin yaşadılması və qorunması istiqamətində simvolik addım kimi qiymətləndirilib. Bu təşəbbüs ana dilinin Güney Azərbaycan türk millətinin tarixi və milli kimliyinin ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirib.

Proqram Azərbaycan türkcəsində rəsmi təhsilin İranın təhsil sistemində hələ də hüquqi və icra məhdudiyyətləri ilə üzləşdiyi bir şəraitdə keçirilib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar