SON XƏBƏRLƏR

İran kürdlərinin yeni koalisiyası - Bu nəyə xidmət edəcək?

2026.02.24, 22:23
İran kürdlərinin yeni koalisiyası - Bu nəyə xidmət edəcək?

İranın kürd müxalifət qrupları İslam Respublikasını devirmək məqsədilə yeni koalisiya yaradıblar. Bu addım regionun siyasi mənzərəsində mühüm dəyişiklik olmaqla yanaşı, onun Güney Azərbaycan torpaqlarına iddiaları davam etdirəcəyi də narahatlıq doğurur.

Gunaz.tv

Fevralın 22-də yaradıldığı elan olunan yeni koalisiya dini isteblişmentin bir neçə həftə davam edən son illərin ən böyük etiraz aksiyalarından, sonraya, İranın dini rəhbərliyinin və ümumilikdə İran hökumətinin onilliklər ərzində ən zəif dövrünə təsadüf edir.

Belə görünür ki, İraqın yarımmuxtar Kürdüstan bölgəsində yerləşən, illərdir Tehrana qarşı zəif silahlı mübarizə aparan beş iranlı-kürd müxalifət qrupu Tehran rejiminə qarşı siyasi, iqtisadi və hərbi təzyiqlərin artmasından istifadə etməkyi planlaşdırıblar.

İlk baxışda "Kürdüstan Azadlıq Partiyası" (PAK), "İran Kürdüstanının Demokratik Partiyası" (PDKI), "Kürdüstan Azad Həyat Partiyası" (PJAK), "İran Kürdüstanı İnqilabi Xəbat Təşkilatı" və "İran Kürdüstanı Zəhmətkeşlərinin İnqilabi Komele Təşkilatı" tərəfindən qurulan koalisiya müxalifətdə olan azərbaycanlıların, xüsusən Güney Azərbaycanda milli hüquqlar urunda fəaliyyət göstərən təşkilatların da marağında olmalı idi. 

Ancaq, bu belə deyil və həmin koalisiyanın yaradılması həm də bir çox azərbaycanlılar və Güney Azərbaycan təşkilatlarının narahatlıq və nigəranlıqlarına səbəb olub.

Ona görə ki, adı çəkilən kürd təşkilatları keçən illər ərzində Güney Azərbaycan torpaqlarına, xüsusən Qərbi Azərbaycan əyalətinin qərb bölgələrinə ərazi iddiaları irəli sürüb, Azərbaycanın tarixi torpaqlarını "kürdüstan ərazisi" kimi qələmə veriblər.

Kürd təşkilatları həmin iddialarını reallaşdırmaq üçün, müxtəlif dövrlərdə müxalif olduqları Tehran rejimi ilə də müxtəlif formalarda əməkdaşlığa razı olublar.

Kürdlərin bu əməlləri Tehran hakimiyyətinin də marağında olub və rejim, hüquqları pozulan xalqlar arasında ixtilafların dərinləşdirilməsi, mərkəzi hakimiyyətə qarşı müqaviməti zəiflətmək üçün yuxrıda adı çəkilən təşkilatların ərazi iddialarına dolayı dəstək verib.

Bu gün də, İran hakimiyyətinə yaxınlığı ilə tanınan, SEPAH komandirləri və İran Təhlükəsizlik və Kəşdiyyat Nazirliyinə bağlı olan narkobaron və terrorçu Naci Şərifi Zindəşti və başqaları həmin kürd təşkilatları ilə İran hökuməti arasında kordinator rolunu oynayır.

Bu səbədəndir ki, İranın keçmiş prezidenti Həsən Ruhani və başqa bir neçə yüksək rütbəli İran rəsmisi dəfələrlə Qərbi Azərbaycan əyalətini "Urmiya əyaləti" adlandırıb.

Adı çəkilən təşkilatlar arasında "Kürdüstanının Demokratik Partiyası" (PDKI) və PKK-nın İran qolu olan "Kürdüstan Azad Həyat Partiyası" (PJAK) Qərbi Azərbaycan torpaqlarına iddiada başqa qurumlardan daha çox radikal mövqe nümayiş etditriblər.

Bütün bunlara görə də, bu qrupların yaratdığı koalisiyanın da Güney Azərbaycan torpaqlarına yeni və daha geniş şəkildə ərazi iddiaları irəli sürəcəkləri təxmin edilir, bu isə azərbaycanlıların narahatlıqlarının artmasına, yeni ittifaq qarşı münasibətin birmənalı olmamasına səbəb olur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar