SON XƏBƏRLƏR

Diplomatik çamadanın saxlanılmasına etiraz; İranın səfiri çağırıldı

2026.02.25, 06:59
Diplomatik çamadanın saxlanılmasına etiraz; İranın səfiri çağırıldı

Gunaz.tv

Niderland Xarici İşlər Nazirliyi bildirib ki, Tehranın hava limanında bir niderlandlı diplomatın diplomatik çamadanının saxlanılmasına etiraz olaraq İranın Niderlanddakı səfiri nazirliyə çağırılıb.

Nazirliyin rəsmi açıqlamasına görə, hadisə 8 Bəhmən 1404-cü il (28 Yanvar 2026) tarixində Tehran hava limanında baş verib. İran rəsmilərinin niderlandlı diplomatı diplomatik çamadanını təhvil verməyə məcbur etdiyi qeyd olunub. Rəsmi bəyanatda bu addım “qəbuledilməz” kimi qiymətləndirilib.

Niderland tərəfi açıqlayıb ki, saxlanılan əşyaların dərhal geri qaytarılması üçün Tehranla dəfələrlə əlaqə saxlanılıb. Lakin çamadanın içində nə olduğu barədə əlavə məlumat verilməyib. Səfirin çağırılması isə hadisə ilə bağlı videonun internetdə yayılmasından sonra baş tutub.

Bu gərginlik Tehran ilə Vaşinqton arasında nüvə danışıqlarının bərpası ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Niderlandın bu addımı Avropanın İrana qarşı diplomatik təzyiqlərinin artmasının siqnalı kimi qiymətləndirilir.


GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar