SON XƏBƏRLƏR

Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyası 75 il sonra latın qrafikası ilə çap edilib

2026.02.25, 12:38
Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyası 75 il sonra latın qrafikası ilə çap edilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası seriyasının VIII cildi – Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyası çapdan çıxıb.

Gunaz.tv

Bu barədə Günaz TV APA-ya istinadən xəbər verir.

İlk nəşrindən təqribən 75 il sonra işıq üzü görən bu monoqrafiya nəşrə hazırlanarkən müəllifin dili və üslubu saxlanılıb, ilk mənbədəki mətbəə xətaları düzəldilib.

Həmçinin bəlli olmayan səbəblərdən tərcümə edilməmiş farsca bəzi mətnlərin Azərbaycan dilinə sətri tərcüməsi verilib.

Cildi nəşrə hazırlayanlar filologiya elmləri doktoru Nikpur Cabbarlı, elmi işçilər Aysel Əfəndiyeva, Lalə Paşayeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, redaktoru Hülya Cəbiyevadır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar