SON XƏBƏRLƏR

Güneyli milli fəal həbs edilib

2026.02.26, 11:00
Güneyli milli fəal həbs edilib

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları Təbriz yaxınlığındakı Sərdəri şəhərində yaşayan milli fəal Yaşar Həsənpuru fevralın 25-də həbs ediblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları fəalın ailəsinə istinadən məlumat yayıb.

Məlumata görə, fəalın evinə hücum edən məmurlar, ona qarşı zorakılıq ediblər.

Həsənpurun həbs səbəbi və hara aparıldığı barədə məlumat verilməyib.

Y.Həsənpur bundan əvvəl də dinc fəaliyyətlərinə görə, təqib və təzyiqlərlə üzləşib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar