SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurma- 6 nəfər öldürüldü

2026.02.26, 16:23
İranda silahlı qarşıdurma- 6 nəfər öldürüldü

İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhəddində yerləşən Səravan bölgəsində silahlı qarşıdurma nəticəsində 6 nəfər həlak olub

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məluamt yayıb.

Məlumata görə, öldürülənlər "Xalq Müqavimət Cəbhəsi" silahlı qruplaşmasının üzvləridirlər.

Həmin şəxslərin başqa silahlı qruplaşma üzvləri ilə qarşıdurma nəticəsində həlak olduqları bildirilib.

 "Xalq Müqavimət Cəbhəsi" yaydığı bəyanatda hadisəni təsdiq edib:

"Bu, Sistan və Bəlucistanın şərq bölgəsində fəal olan və İran hökuməti ilə əməkdaşlıq edən miliyyətçi qruplaşma üzvlərinin əməlidir".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar