SON XƏBƏRLƏR

Danışıqlarda Tehranın əsl məqsədi nədir? Keçmiş İsrail rəsmisinin iddiası

2026.02.27, 06:57
Danışıqlarda Tehranın əsl məqsədi nədir? Keçmiş İsrail rəsmisinin iddiası

“İran həmişə etdiyi işi görür — yəni çıxılmaz vəziyyətdən qaçmaq üçün vaxt qazanır.”

Gunaz.tv

Naftali Bennett bildirib ki, İran hakimiyyəti ABŞ ilə nüvə proqramı üzrə davam edən danışıqlarda səmimi deyil və məqsədi mövcud təzyiqlərdən yayınmaq üçün “vaxt qazanmaqdır”.

O, Fox News telekanalına müsahibəsində deyib: “Düşünürəm ki, İran həmişə etdiyini etməyə çalışacaq — sudan çıxana qədər vaxt udmaq.”

Bennett daha əvvəl zərbə endirilmiş Natanz nüvə obyektinin yaxınlığında müşahidə olunan fəaliyyətə toxunaraq iddia edib ki, İran hazırda da nüvə imkanlarını bərpa edir. Onun sözlərinə görə, nüvə silahı istəməyən ölkənin öz ərazisində uranı zənginləşdirməsinə ehtiyac yoxdur.

Keçmiş baş nazir həmçinin bildirib ki, İran qitələrarası ballistik raketlər üzərində işləyir və bu raketlər ABŞ şəhərlərini hədəfə ala bilər. “Belə sistemlər yalnız nüvə başlığı daşımaq üçün hazırlanır. İndi hərəkət vaxtıdır,” – deyə o vurğulayıb.

Bennett əlavə edib ki, İran son daxili etirazlardan sonra “indiyədək ən həssas vəziyyətdədir” və Tehranı illərdir regionda proksi qüvvələr vasitəsilə zorakılıq törətməkdə ittiham edib.

O, mümkün qarşıdurma halında Hezbollah və HƏMAS-ın prosesə qoşulub-qoşulmayacağı ilə bağlı sualı cavablandırarkən İsrailin hər ssenariyə hazır olmalı olduğunu deyib və əlavə edib: “Biz bu təhdidi aradan qaldırmaq üçün lazım olan bədəli ödəməyə hazırıq.”

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar