SON XƏBƏRLƏR

BƏƏ İranla diplomatik əlaqələri kəsdi

2026.03.01, 23:31
BƏƏ İranla diplomatik əlaqələri kəsdi

Gunaz.tv

Birləşmiş Ərəb Əmirlikləri bazar günü axşam Tehrandakı səfirliyini bağladığını və səfirini, eləcə də bütün diplomatik heyətini İrandan geri çağırdığını elan edib. Qərar İran tərəfindən BƏƏ ərazisinə qarşı həyata keçirildiyi bildirilən raket və pilotsuz uçuş aparatları hücumlarından sonra verilib.

BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, hücumlar yaşayış məntəqələrini, hava limanlarını, limanları və mülki obyektləri hədəfə alıb və mülki şəxslərin həyatını təhlükə altına qoyub. Rəsmi məlumata görə, azı üç nəfər həlak olub, onlarla yaralı var.

Bu addım son hadisələr fonunda İranla diplomatik münasibətlərin tam dayandırılması istiqamətində bölgədə atılan ilk rəsmi qərar kimi qiymətləndirilir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar