SON XƏBƏRLƏR

BAEA: İranda nüvə zənginləşdirmə obyekti zərər görüb

2026.03.03, 13:52
BAEA: İranda nüvə zənginləşdirmə obyekti zərər görüb

Beynəlxalq Atom Enerjisi Agentliyi ABŞ-İsrail hava zərbələri fonunda İranın Natanz nüvə zənginləşdirmə obyekti “müəyyən zədələr” alıb.

Gunaz.tv

Bununla belə, qurum qeyd edib ki, hadisə nəticəsində “radiasiya ilə bağlı hər hansı nəticə gözlənilmir”.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) açıqlamasında zədələrin əsasən obyektin yeraltı hissəsinə aparan “giriş binalarında” qeydə alındığını bildirib.

Natanz obyekti bundan əvvəl iyun ayında baş vermiş 12 günlük İran-İsrail müharibəsi zamanı da ABŞ tərəfindən hədəfə alınmışdı.

Məlumata görə, zədələnmiş və məhv edilmiş sentrifuqalarla yanaşı, nüvə materiallarının hələ də obyektin altında qaldığı güman edilir. Lakin ötən müharibədən sonra İran BAEA müfəttişlərinə hücuma məruz qalan obyektlərə baş çəkməyə icazə verməyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar