SON XƏBƏRLƏR

Bərzani kürd qruplarının İrana hücumunu təkzib etdi

2026.03.05, 09:26
Bərzani kürd qruplarının İrana hücumunu təkzib etdi

Kürdlərin İraq Kürdüstan sərhədindən İran ərazisinə hücum etməsi ilə bağlı məlumatlar həqiqəti əksr etdirmir.

Gunaz.tv

Bunu İraq Kürdüstan Regionunun prezidenti Neçirvan Bərzani deyib.

Bərzani heç bir İraq kürdünün sərhədi keçmədiyini və bu məlumatların tamamilə yalan olduğunu bildirib. 

Digər tərəfdən, İraq Kürdüstan Regionunun baş nazirinin ofisinin rəhbərinin müavini Əziz Əhməd də bu məlumatları təkzib edib. 

O, X sosial şəbəkəsindəki mesajında ​​heç bir İraq kürdünün sərhədi keçmədiyini və bu iddiaların "açıq-aşkar yalan" olduğunu yazıb.

Qeyd edək ki, bundan əvvəl bəzi media orqanları İraq kürdlərindən ibarət silahlı qruplaşmaların İran ərazisinə keçdiyi barədə məlumat yayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar