SON XƏBƏRLƏR

Saakaşvili: “İranla əlaqəli şəxslər dərhal ölkədən deportasiya olunmalıdır”

2026.03.06, 08:39
Saakaşvili: “İranla əlaqəli şəxslər dərhal ölkədən deportasiya olunmalıdır”

Hazırda həbsdə olan eks prezident Mixeil Saakaşvili son illərdə yüz minlərlə vətəndaş arasında İranın lideri Əli Xaməneyinin təsirinin artması ilə bağlı suallar irəli sürüb.

Gunaz.tv

O, bu barədə facebook sosial media hesabında qeyd edib.

Saakaşvili açıqlamasında bunun necə baş verdiyi və buna kimin şərait yaratdığı barədə tənqidi fikirlər səsləndirib.

O, İranla dini əlaqələri olduğu iddia edilən şəxslərlə bağlı da sərt tədbirlərin görülməsi çağırışını edib:

"Gürcü Arzusu son illərdə cəllad Xameəneini yüz minlərlə Gürcüstan vətəndaşının lideri necə edə bilib? Gürcüstanda Diktaturanın devrilməsindən sonra Gürcüstan küçələrində Xaməneinin plakatları və Amerika əleyhinə şüarlarla peyda olanlara, o cümlədən buna icazə verən məmurlara, o cümlədən İranla dini əlaqələri olan insanlara ən sərt cavab tələb olunmalı və hamısı dərhal deportasiya edilməlidir", - deyə Saakaşvili qeyd edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar