SON XƏBƏRLƏR

Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib

2026.03.06, 15:49
Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib

Dünən axşamdan başlayaraq Təbriz şəhərinin müxtəlif bölgələrində təhlükəsizlik tədbirləri gücləndirilib, mərkəzi küçələr və meydanlarda yeni postlar qurulub, şəxsi avtomobillərin sürücülərinin sənədləri yoxlanılır.

Gunaz.tv

Bu bardə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, xüsusən şəhərin mərkəzi küçələri və qərb bölgəsinə çox sylı hökumət məmurları və texnikalar cəlb olunub.

Bunun dünən İranın Naxçıvana dron hücumundan sonra Prezident İlham Əliyevin çıxışı ilə bağlı olduğu bildirilir.

Qeyd olunub ki, İran hökuməti təbrizlilərin rejimə qarşı aksiyalar keçirməsindən ehtiyat etdiyi üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Eyni halda ikisi tanınmış media fəalı olmaqla, bir neçə mədəni və milli fəalın təhlükəsizlik idarəsinə çağııldığı bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar