SON XƏBƏRLƏR

İranın yeni lideri seçildi

2026.03.08, 12:43
İranın yeni lideri seçildi

İranın Ekspertlər Məclisi İslam Respublikasının ali rəhbərinin seçimi ilə bağlı konsensus əldə edib.

Gunaz.tv

Bu barədə Məclisin üzvü Məhəmməd Mehdi Mirbağiri məlumat verib.

"Ekspertlər Məclisinin hörmətli üzvləri bu günlərdə ali dini lideri müəyyənləşdirmək üçün səy göstərdilər və etimadı doğrultdular. Allaha şükür, əksəriyyətin rəyini təşkil edən möhkəm və yekdil fikir formalaşıb", - o deyib.

Buna baxmayaraq, yeni liderin adı açıqlanmayıb.

Qeyd edək ki, bundan övvəl Əli Xaməneinin oğlu müctəba Xameneinin İranın ali rəhbəri seçildiyi haqda məlumat yayılsa da, sonradan təkzib edildi və seçimlərin hələ tamamlanmadığı bildirildi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar