SON XƏBƏRLƏR

İsfahanda SEPAH komandirinin müavini öldürüldü

2026.03.09, 08:01
İsfahanda SEPAH komandirinin müavini öldürüldü

Gunaz.tv

ABŞ və İsrailin İranın hərbi obyektlərinə qarşı həyata keçirdiyi son hücumlar fonunda İsfahan vilayətində SEPAH komandirlərindən birinin öldürüldüyü bildirilir.

Gunaz TV-nin məlumatına görə, İran Tələbə Xəbər Agentliyi bazar ertəsi, 9 Mart tarixində yayımladığı məlumatda SEPAH-ın İsfahan vilayətində fəaliyyət göstərən “Sahib əz-Zaman” korpusunun koordinasiya üzrə müavini, general Əli Haşimin son hücumlar zamanı öldürüldüyünü açıqlayıb. İran rəsmiləri hadisəni ABŞ və İsrailin “hərbi təcavüzü nəticəsində şəhid olma” kimi təqdim ediblər.

Məlumata əsasən, Əli Haşimi ona tabe olan bir qrup hərbçi ilə birlikdə hava zərbəsi nəticəsində həlak olub. Hücumun 8–7 Mart tarixlərində İsfahan vilayətində SEPAH-a bağlı hərbi obyektlərə endirilən zərbələr zamanı baş verdiyi ehtimal edilir.

Yerli mənbələr 8 mart axşamı İsfahanın Sepahanşəhr bölgəsi yaxınlığında hərbi obyektlər ətrafında bir neçə güclü partlayışın baş verdiyini bildirir. Bəzi məlumatlara görə, SEPAH-ın komanda məntəqələri və raket infrastrukturu ilə bağlı obyektlər də hücumların hədəfi olub.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar