SON XƏBƏRLƏR

Yaralı Xamənei süni tənəffüs aparatına qoşulub

2026.03.11, 10:26
Yaralı Xamənei süni tənəffüs aparatına qoşulub

İranın yeni rəhbəri Müctəba Xamenei Tehranın “Sina” xəstəxanasında geniş təhlükəsizlik tədbirləri altında huşsuz vəziyyətdə süni tənəffüs aparatına qoşulub və müalicə olunur.

Gunaz.tv

Bu barədə "Negin" xəbər şəbəkəsi məlumat yayıb.

Məlumata görə, o, fevralın 28-də ABŞ və İsrail hərbi hava qüvvələrinin Əli Xameneinin iqamətgahına endirdiyi zərbələr zamanı ağır yaralanıb.

"M.Xamenei ümumiyyətlə ölkədə nə baş verdiyindən, ailəsinin həlak olması və özünün rəhbər seçilməsindən xəbərsizdir. Onu səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi və Nəsrullah Mərəşi Şuştəri əməliyat edib. Bir neçə gün əvvəl Məsud Pezeşkianın "Sina" xəstəxanasında səhiyyə naziri ilə görüşü də prezidentin burada müalicə olunan Müctəba Xameneinin vəziyyəti ilə yaxından tanış olmaq üçün oraya getməsi ilə bağlıdır", - məlumatda bildirilib.

Qeyd olunub ki, xəstəxananın yerləşdiyi ərazi xüsusi qüvvələr tərəfindən qorunur.

Qeyd edək ki, İranın Qum şəhərində fəaliyyət göstərən və ölkənin liderini seçmək səlahiyyətinə malik olan Ekspertlər Şurası – Məclisi Xübrəqan martın 8-də Müctəba Xaməneinin yeni rəhbər seçildiyini elan edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar