SON XƏBƏRLƏR

BMT-dən İranla bağlı qərar | Rusiyadan gözlənilməz reaksiya

2026.03.12, 06:31
BMT-dən İranla bağlı qərar | Rusiyadan gözlənilməz reaksiya

İranın qonşu ölkələrə hücumları dünya miqyasında qınandı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İranın region ölkələrinə hücumlarını pislədi.

Gunaz.tv

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərşənbə günü Bəhreyn tərəfindən, Körfəz bölgəsi ölkələri adından təqdim edilən və İranın region ölkələrinə hücumlarını qınayan qətnaməni qəbul edib.

Qətnamə 13 lehinə səs və 2 bitərəf səslə qəbul olunub. Daimi üzvlər olan və veto hüququna malik Rusiya və Çin səsvermədə bitərəf qalıblar.

Təhlükəsizlik Şurası qətnamədə bildirib ki, İranın region ölkələrinə hücumları beynəlxalq hüququn pozulması və beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid hesab olunur. Sənəddə Tehrandan hücum və təhdidlərin dərhal dayandırılması tələb olunur.

Nadir addım kimi qiymətləndirilən bu prosesdə, İranın əsas müttəfiqlərindən biri sayılan Rusiya veto hüququndan istifadə etməyib. Diplomatik mənbələrə görə, bu addım İranın beynəlxalq səviyyədə daha çox təcrid olunmasına səbəb ola bilər.

Bununla yanaşı, BMT-yə üzv 135 ölkə də qətnaməni dəstəkləyərək İranın region ölkələrinə hücumlarını qınayıb.

Məlumatlara görə, Moskva veto hüququndan istifadə edəcəyi halda bunun Rusiyanın özünü də beynəlxalq səviyyədə daha çox təcrid edə biləcəyini nəzərə alıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar