SON XƏBƏRLƏR

Müctəba Xamənei yaralıdır- İran təsdiqlədi

2026.03.12, 12:26
Müctəba Xamənei yaralıdır- İran təsdiqlədi

İranın yeni ali rəhbəri Müctəba Xameneinin ABŞ-İran aviazərbələri nəticəsində yaralandığı təsdiqlənib.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda Müctəba Xameneinin özünü yaxşı hiss etdiyi də vurğulanıbdia edilib.

Bundan əvvəl isə Müctəba Xaməneini ağır yaralı vəziyyətdə Tehranın Sina xəstəxanasında süni tənəffüs aparatına qoşulduğu barədə məlumatlar yayılıb.

Qeyd edək ki, bundan öncə ABŞ və İsrailin 28 fevralda İranın mərhum ali rəhbəri Əli Xaməneinin iqamətgahına hücum zamanı Müctəba Xameneinin də ağır yaralandığı, hətta süni tənəffüs aparatına qoşulduğu bildirilirdi. Bu məlumat rəsmən təsdiqlənməmişdi.

Sözügedən hücumda Əli Xamənei ilə bərabər, gəlini, kürəkəni, nəvəsi və xanımı da həlak olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar