SON XƏBƏRLƏR

Urmu şəhərində bir hakim öldürüldü

2026.03.23, 23:43
Urmu şəhərində bir hakim öldürüldü

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, yerli mənbələr Qərbi Azərbaycanda Urmiyə şəhərində İnqilab Məhkəməsinin hakimlərindən birinin öldürüldüyünü bildirir.

Məlumata əsasən, bu gün səhər saatlarında şəhərin Behdari bölgəsində bir yaşayış evinin hədəfə alınması nəticəsində həmin şəhərin İnqilab Məhkəməsinin hakimi Əlirza Şeyxlu öldürüldü.

Hadisə ilə bağlı rəsmi mənbələr hələlik açıqlama verməyib.

Bununla belə, bildirilir ki, sözügedən hakim siyasi məhbuslarla bağlı işlərdə iştirak edib və edam hökmlərinin verilməsində rol oynayıb.

Hücumun detalları barədə əlavə məlumat açıqlanmayıb.

 

Gunaz TV
R.G
 

 

Urmiyada dövlət məmuru öldürülüb

2026.03.23, 10:56

Urmiyada dövlət məmuru öldürülüb

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar