SON XƏBƏRLƏR

Tehranda etirazçıların sıxışdırılmasında iştirak edən Bəsic komandiri məhv edildi

2026.03.24, 06:59
Tehranda etirazçıların sıxışdırılmasında iştirak edən Bəsic komandiri məhv edildi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Sepah qüvvələrinə bağlı olan və Tehranda bir Bəsic bazasının komandiri kimi fəaliyyət göstərən Məhəmmədtəğı Abbasi Tehranda yerləşən yoxlama məntəqəsinə edilən hücum zamanı məhv edilib.

Yayılan məlumatlara əsasən, o, 2026-cı ilin yanvar ayında Tehranda baş verən etirazların qəddar şəkildə yatırılmasında fəal iştirak edən şəxslərdən biri olub və yoxsulluq və bahalaşmaya etiraz edərək küçələrə çıxan insanlara qarşı zorakılıqda birbaşa rol oynayıb. Həmin hadisələr zamanı minlərlə insan Sepah və Bəsic qüvvələrinin hücumlarına məruz qalaraq öldürülüb və ya yaralanıb.

Tehrandakı yoxlama məntəqələrinə qarşı hücumlar İsrailin ABŞ-ın dəstəyi və operativ iştirakı ilə həyata keçirdiyi hərbi əməliyyat çərçivəsində 11 mart 2026-cı ildən etibarən başlayıb. Bu hücumlar əsasən Bəsic və digər təhlükəsizlik qüvvələrinə məxsus postları hədəf alıb.

Bununla yanaşı, ABŞ və İsrail ilə İran hakimiyyəti arasında genişmiqyaslı qarşıdurma 28 fevral 2026-cı ildə hərbi, nüvə və rəhbərlik obyektlərinə qarşı həyata keçirilən geniş hava və raket hücumları ilə başlayıb.

Bu prosesin davamı olaraq, 11 mart tarixindən etibarən Tehranın müxtəlif bölgələrində bir neçə yoxlama məntəqəsi hava hücumlarına məruz qalıb. İsrail ordusu paytaxtda Bəsicə məxsus 10-dan çox postun vurulduğunu açıqlayıb.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar